Bu kənddə işıq, yol, qaz, telefon yoxdur

Описание к видео Bu kənddə işıq, yol, qaz, telefon yoxdur

Müasir dünyada texnologiyanın mümkünsüzü mümkün etdiyi bir zamanda Azərbaycanda sivilizasiyadan uzaq bir kənd var. İşığı, yolu, qazı yoxdur. Heç telefonu da. Elə özəlliyi də budur. Burada hər şey Allahın yaratdığı kimidir – Astaranın Siyov kəndi. Bura aparan yollar vəhşi təbiətdən keçir. Meşənin içi ilə piyada 4 saatdan artıq yol qət edərək bu əsrarəngiz mənzərəyə sahib kəndə çatırsan. Yəqin ki, yerdəki cənnət sayıla bilər bu məkan. Və bu cənnətdə bir başqa dünya var. Həm də qayğılarla dolu bir dünya. Heyrətamiz gözəlliyə malik Siyov kəndini əməkdaşlarımız çətinliklə də olsa fəth edə biliblər. Ceyhun Sabahəddinoğlunun süjetini izləyəndən sonra əminəm ki, hər biriniz bu kəndə getmək arzusuna düşəcəksiz. Hələlik isə Astaranın Siyov kəndinə İtv Xəbər Yekun vasitəsilə səfər edib gözəllikdən zövq alın.


  / ictimai.tv  
  / ictimaitv.official  
https://t.me/tvictimai
https://itv.az/

#itv #ictimaitv #video #televiziya #baku #videolar #sondeqiqe #sondəqiqə #sondakika #haber #haberler #video #gündem #news #kefşet

Комментарии

Информация по комментариям в разработке